ETİBARSIZ İNSANLARDIR

Bura qədər anlatdığımız bütün xüsusiyyətlərdən məlum olduğu kimi, münafiqlər olduqca etibarsız insanlardır. Möminlərin arasında olmalarına baxmayaraq, onlara düşmən olurlar. Həmçinin, bu düşmənçiliklərini də onlardan gizlədirlər. İçlərində gizlətdikləri bu düşmənçilik və saxta davranışları onların hiyləgərliklərinin açıq dəlilidir. Buna görə də güvənə dair ən kiçik bir əlamət belə göstərmir və verdikləri sözlərə əsla sadiq qalmırlar. Ayədə belə buyurulur:

Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və (heç nədən) çəkinmirlər.
(Ənfal surəsi, 56)
Əvvəl də qeyd etdiyimiz kimi, "fitnə-fəsad" çıxarmaq meyilləri onların güvənsiz olduqlarını təsdiq edir. Hər hansı bir çətinlik və sıxıntı anında möminlərin onların sözlərinə etibar etməsi mümkün deyil. Əksinə, belə zamanlarda möminlər müsəlmanları gizli fəaliyyətlər təşkil edən bu insanlardan qorumaq üçün çox diqqətli olmalıdırlar. Etibarsızlıqları, adətən, çətinlik anlarında bəlli olan münafiqlərin Quran ayələrində əsl xarakterləri möminlərə xəbər verilir və möminlərin diqqətli olmaları bildirilir.
Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər... (Tövbə surəsi, 10)