Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən... (Maidə surəsi, 80)
Allah möminlərə inkarçılarla dostluq etməyi qadağan edib. Bunun səbəbi isə açıqdır; inkarçılar Allaha inanmır, Ona yönəlmir, Onun ayələrini qəbul etmir və bununla da dostluq edilməyəcək xarakterə sahib olduqlarını təsdiq edirlər. Axirəti tamamilə unudublar. Şeytani instinktlə qarşılarındakına da dünyanı sevdirməyə çalışırlar. Onların bu xüsusiyyətlərini bilən möminlər inkarçılardan uzaq durur, onlarla əsla dost və sirdaş olmurlar.
Münafiqlər isə inkarçılarla dostluq edib, Allaha inanan, bütün həyatları boyu Onun razılığını qazanmağa çalışan, çox səmimi və təmiz insanlara düşmən olurlar. Ayədə "Onlar möminləri qoyub kafirləri (özlərinə) dost tuturlar..." (Nisa surəsi, 139) deyə bildirilir. Çünki münafiqlər inkarçılarla, əsasən, eyni xüsusiyyətlərə sahibdirlər. Hər iki qrup da Allahı inkar edərək axirəti unudub və ətraflarındakı insanları da özləri kimi olmağa təşviq edirlər. Əvvəl də açıqladığımız kimi, hər iki qrup da şeytanın firqəsidir və ona xidmət edir.
© Copyright 2016