NEMƏT VERİLDİKDƏ ÖYÜNÜB SEVİNİRLƏR

Ağılsızcasına özlərini bəyənən, hər zaman ən üstün və ən ağıllı olduqlarını zənn edən münafiqlər özlərinə nemət verildikdə "nəhayət dəyərlərinin bilindiyi" zənninə qapılaraq daha da lovğalanırlar. Məsələn, möminlər onlara öyüd verdikləri, səhvlərini dedikləri zaman qəzəblənib ümidsizliyə düçar olur, ən kiçik bir qayğı, hörmət gördükləri zaman dərhal haqsız olaraq qürrələnməyə, hörmətsizlik etməyə, səmimiyyətsiz olaraq göstərdikləri gözəl davranışlar qarşılığında tərifləndikdə isə özlərini hamıdan üstün görməyə, ətrafındakılara isə yuxarıdan aşağı baxmağa başlayırlar. Maddi cəhətdən nemətləri artdıqda da eyni cür davranırlar.
Amma onlar bilmirlər ki, Allah onları sınamaq üçün nemətini artırır. Allahın yaratdığı hikmətləri görə bilməyən bu topluluğun vəziyyəti və etdiklərinin nəticəsi Quranda belə xəbər verilir:


Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.
(Ənam surəsi, 44)