ZAHİRİ GÖRÜNÜŞLƏRİ ALDADICIDIR

Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki onlar (divara) söykədilmiş dirəklər kimidirlər... (Münafiqun surəsi, 4)

Münafiqlər axirətdə ziyana uğrayacaqlarını qətiyyən dərk etmirlər. Əksinə, cənnətə gedəcəklərini düşünürlər. Şübhəsiz, bu, onların ağılsız və şüursuz olduqlarının açıq dəlilidir. Məsələn, münafiq zəngin və ya fiziki olaraq çox gözəl ola bilər. O, bunun özü üçün üstünlük olduğunu düşünsə də, əslində, bu, onun üçün imtahan və qarşılaşacağı əzab üçün bir səbəbdir. Malına, mülkünə, ya da gözəlliyinə aldanan münafiq hər şeyin qaydasında olduğunu zənn edir və çox rahatlıqla fitnə çıxarmağa davam edir. Halbuki o bunun şüurunda olmadığı halda, etdiyi bütün əməllər yazılır və cəhənnəmdə bu əməlləri qarşısına əzab olaraq çıxacaq. Həmçinin, əvvəl də qeyd etdiyimiz kimi, Allah dünyada onları müəyyən vaxta qədər yaşadır, vaxtı gəldikdə isə elçiyə və möminlərə münafiqlərin içlərindəki o qaranlıq ruhu göstərir. Beləcə, onların münafiq xüsusiyyətlərini görən müsəlmanlar onların aldadıcı xarici görünüşlərinə aldanmayaraq Allahın əmrini yerinə yetirir və onlarla mübarizəyə başlayırlar.