MÖMİN TOPLULUĞUNUN İÇİNDƏN ÇIXIRLAR

Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir... (Nur surəsi, 11)

Bəs münafiqlər mömin topluluğunun içinə necə girə bilirlər? Bu sualın cavabı Quranda bildirilir.
Münafiq özünü mömin kimi tanıtmaqda olduqca bacarıqlıdır. Mömin kimi namaz qılaraq, Allahı zikr edərək özünü bir müddət də olsa, gizlədə bilir. Özünü gizlədə bilməsinin digər səbəbi də möminlərin onlara hüsnü-zənlə, yəni yaxşı niyyətlə baxmaları, onları müsbət dəyərləndirmələridir. Aralarına "mən möminəm" deyərək gələn bir insana səmimi mömin kimi baxmaları da onların gözəl əxlaqlarından və Allahın razılığını qazanmaq cəhdlərindən qaynaqlanır. Həmçinin, əvvəlcədən həmin insanın niyyətinin pis olduğu fərq edilsə belə, "bəlkə bir müddət sonra düzələr" düşüncəsi ilə möminlərin arasında qalmasına icazə verilir.
Kitabın bu bölümünde ele alınacak olan münafıkların genel özelliklerini, bu açıklamalar doğrultusunda incelemekte fayda vardır.