İmanın ən önəmli əlamətlərindən biri insanın Allaha qarşı güvəni və təslimiyyətidir. Quranda "təvəkkül" olaraq adlandırılan bu xüsusiyyət səmimi iman gətirənlərlə qeyri-səmimi insanlar arasındakı ən əsas fərqlərdən biridir. Allaha səmimi iman gətirən insan qarşısına çıxan hər hadisənin özü üçün mütləq xeyir olduğunu bilir və təvəkküllü davranır. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə bildirir:
Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. (Nəhl surəsi, 42)Münafiq isə qarşılaşdığı hadisələr qarşısında təvəkküllü davranmır və hər şeyin öz əleyhinə olduğuna inanır. Qəlbində Allah inancı olmadığı, dünya ilə bağlı qorxu və narahatçılıq içərisində olduğu üçün hər an bir təhlükə ilə üzləşəcəyindən qorxur.
...Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi dönüb sənə baxdıqlarını görürsən... (Əhzab surəsi, 19)Allah Peyğəmbərimizin (səv) dövründə müharibə zamanlarında münafiqlərin qorxuya düşdüklərini Qurandakı başqa bir ayədə belə bildirir:
O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmışdı... (Əhzab surəsi, 10)
Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar, yaxud (gizlənməyə) bir deşik tapsa idilər, ləngimədən ora yönələrdilər. (Tövbə surəsi, 57)
© Copyright 2016