KƏLAMLAR

Münafiqlər kafirlərə və münafiqlərə sığınırlar. Məsələn, onların hansısa dünyəvi mövqeyinin olmasından münafiqlər heyranlıq duyur və bundan istifadə edərək irəli gedə biləcəklərini düşünürlər. Münafiq üçün dünyəvi mövqe çox önəmlidir, bundan zövq alırlar. Öz-özlərinə bu cür əlaqə qurur və lovğalanırlar. Onlar qotura yapışmış iyrənc bitlər kimi davamlı qan əmirlər. Həyatları bu cür keçir. Amma o kaftar qanı da onlara zəhər kimi gəlir; çökdürür, xəstə edir, daha da pisləşdirir, çirkləndirir. Diqqətlə baxsaq, münafiqlərin üzlərinə zəlalət çökdüyünü, getdikcə daha da çirkinləşdiklərini görərik. İyrənc it sürüləri kimi də heç vaxt bir-birlərindən ayrılmazlar.
Öz ağıllarına güvənirlər. Buna görə Peyğəmbərimizin (səv) dövründə də münafiqlər Qurana öz ağıllarına görə izahlar gətirirdilər. Quranı əskik görürdülər. Peyğəmbərimizin (səv) izahını, açıqlamalarını əskik görürdülər. Öz ağıllarına görə anlaşılmaz fikirlər irəli sürürdülər.
Axırzamanın münafiqləri digər münafiqlər kimi deyil. Düzdür, Peyğəmbərimizin (səv) dövründəki münafiqlər də çox dəhşətli idilər, amma hz. Mehdi (əs) dövrünün münafiqləri birbaşa şeytana xidmət etdikləri üçün daha ciddi, daha şiddətlidirlər. Çünki şeytan İslam əxlaqının dünyaya hakim olmasını istəmir.
Münafiqlər səhabələrin, xüsusilə, əhli-beytin gözəl və təmiz görünmələrindən çox narahat idilər. Hz. Həsən (ra), hz. Hüseyn (ra) çox zövqlü geyinirdilər. Peyğəmbərimiz (səv) də çox zövqlü və gözəl geyinirdi. İnsanların az qala nəfəsləri kəsilirdi. Xüsusilə, Peyğəmbərimizin (səv) nəvələri, hz. Həsən (rə) və hz. Hüseyn (rə) o bölgənin ən gözəl geyinən şəxsləri idilər. Bu, münafiqlərə inanılmaz əzab verirdi.
Münafiqlər bir-birlərinə çox nifrət edir. Amma bir-birlərindən də heç ayrılmırlar. Məsələn, kaftar sürüsü də hər zaman birlikdə olur. Bir-birini boğur, öldürür, yaralayır, amma ayrılmırlar. Münafiqlər də eynən belədirlər. Bir-birlərinə nifrət etdikləri halda, bir-birlərindən ayrılmırlar. Kaftarın çox xoşagəlməz görüntüsü var, elə deyilmi? Çox iyrənc heyvandırlar, amma bir-birlərindən heç ayrılmırlar.
Sevgi kəlməsindən ancaq qarışıqlıq salmaq üçün istifadə edirlər. "Mən sevirəm, mənə niyə bu edilmir? Mən sevirəm, bu nə üçün edilmir? Onu sevirsən, məni niyə sevmirsən? Bu cür əxlaqsızlıqlar etmək üçün sevdiklərini deyirlər. Halbuki münafiqlər qətiyyən sevmirlər. "Gecə odun kimi səssiz, gündüz isə səsli-küylüdürlər." Baxın, gecə odun kimi səssiz, ilan kimi gəzirlər. Üzlərində odun ifadəsi, heyvan ifadəsi var. Bu, Peyğəmbərimizin (səv) hədisidir. Bu, çox böyük möcüzədir. Gündüz səsli-küylü olurlar. Yatanı oyandırır, dərs oxuyana narahatlıq verir, iş görənə mane olurlar. Bunlar kimi başqa əxlaqsızlıqlar da edirlər. "Gündüz səsli-küylüdürlər."-deyir. (İmam Ahmed ve Bezzar/Cem'ul Fevaid 8110)
Məsələn, iblis əsl münafiqdir. Allah: "Adəmə niyə səcdə etmədin?"-deyir. O isə çox lovğa cavab verir. "Mən ondan daha üstünəm"-deyir. Mütləq təkəbbürlülük göstərməlidir. Ən üstün olma həvəsindədir. Niyə üstünsən?-deyə Allah sual verir. Onsuz da ayədən açıq şəkildə görünür. "Məni oddan, onu isə torpaqdan yaratdın" deyir. Özünə görə bir keyfiyyət anlayışı var. Odun daha keyfiyyətli, torpağın isə keyfiyyətsiz olduğunu düşünür. Samiridə də o məntiq var idi. Bütün münafiqlərdə keyfiyyət üstünlüyü iddiası var. Münafiq ağlı, şəxsiyyəti, davranışı, hər şeyi ilə müsəlmanlardan üstün olduğuna inanır.
Həzrəti Əli belə demişdir: "Münafiqin üç əlaməti var; Tək qaldıqda tənbəlləşir". Məsələn, saatlarla televizora boş-boş baxır, yerindən tərpənmək istəmir. Kürəyini belə qaldırmaq istəmir. Birindən çay istəyir, birindən yemək istəyir. Tərpənmək istəmir, məsələn, əsla İslama faydalı olmaq istəmir. "Tək qaldıqda tənbəlləşir, insanların arasında olduqda isə çox aktiv olur". Məsələn, televizor proqramına, hər hansı bir yerə çıxsa, çox aktiv olar. Münafiq cəmiyyət içərisinə, məsələn, böyük bir iclasa və ya toya, hansısa rəqs zalına girdikdə diqqət mərkəzində olmaq istəyir. Çünki hamıdan üstün olduğunu iddia edir. Baxın, "münafiq insanlar arasında olduqda çox aktiv olar" deyir. "Tərifləndikdə daha çox ibadət edir, tənqid edildikdə isə ibadəti azaldır". Məsələn, tərifləndikdə daha çox İslamdan, dindən bəhs edir. "Allaha çox şükür. İslamı yayaq, küfrün qarşısını alaq" deyə şövqlə danışır, amma "tənqid edildikdə iflic olur"-deyir hz. Əli. İbadəti azaldır.
Bugün din adı altında yaşanan o batil inancların qaynağı Dirar məscidindəki münafiqlərdir. O saxtakarlar saxta rəvayətləri, yalan izahları indiyə qədər zəncirvari şəkildə davam etdiriblər. Məşhur adətlər var, məsələn, ip bağlamaq və ya digər batil inanclar, bunların hamısı münafiqlərin əməlləridir. Peyğəmbəri (səv) qətiyyən qəbul etmirlər, çox sevirmiş kimi görünürlər, halbuki Peyğəmbərə (səv) qəlbən kin duyurlar. İki fərqli cərəyan şəklində çıxıblar.
"Qəlblərini sərtləşdirdik" deyir Allah, daş kimi, sevgisiz, pislikdir. Sevgini təqlid edir. Şeytandan Allaha sığınıram, "Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər". Məsələn, Quranı dəyişdirir, amma insan bir şey dediyi zaman dəyişdirir. Məsələn, deyirsən ki, "Bu gün sən çox diqqətli idin". "Sən mənə elə bir söz dedin ki, mənim diqqətsiz olduğumu vurğulamağa çalışırsan". Durduq yerə. Pislikdir yəni. "Mən belə bir şey deməmişəm" deyir. Bu dəfə də "Yaddaşımla zarafat edirsən?", - deyir. Yəni çox çirkabdır münafiq. Mən, təbii ki, çox səthi nümunələr göstərirəm, yəni cəmiyyət mikrobudur.
Gizli-gizli küfrlə görüşür, onların fəlsəfələrinə qulaq asır, onlarla onlar kimi danışır, özündənrazı cavablar verir, lovğalıq edirlər. Bütün münafiqlərin üslubunda özündənrazılığın əsas olduğunu görürük. Peyğəmbərimizə (səv) də, hz. Musaya da özündənrazı üslubla müraciət etdiklərini görürük. Lovğalıq əsas xüsusiyyətləridir. Firon da özündənrazı olub. Üslubuna diqqət etsəniz, lovğa, çoxbilmiş, hamıya yuxarıdan aşağı baxan üslubu olduğunu görərsiniz. Möminlər hər saniyələrini Allahın razılığını qazanmaq üçün fürsət bildikləri halda, münafiqlər hər saniyə əxlaqsızlıq etməyə çalışırlar. Müsəlmana necə narahatlıq versin, onlara qarşı necə əxlaqsızlıq etsin deyə düşünürlər.
"Nə sevilərlər, nə də sevərlər". Bax, nə sevmə, nə də sevilmə olmur bunlarda. Özünü sevirmiş kimi, sevgi dolu göstərir, amma sevməyi heç bilməz münafiq. Sevgini də ancaq əxlaqsızlıq edə bilmək üçün istifadə edir. "Mən sevirəm, mənə niyə bu edilmir? Mən sevirəm, niyə bunu etmirlər? Onu sevirsən, məni niyə sevmirsən? və s. kimi əxlaqsızlıqlar etmək üçün sevgi sözlərindən istifadə edir. Halbuki sevgi ilə qətiyyən əlaqəsi yoxdur.