Onlara: "Yer üzündə fəsad törətməyin!"– deyildiyi zaman: "Biz ki, ancaq xeyirxahlıq edənlərik!"– deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma (bunu) başa düşmürlər. (Bəqərə surəsi, 11-12)
Mömin Allahdan qorxduğu üçün bütün vaxtını xeyir və gözəlliklər düşünərək keçirir. Qiyamət günündə hər cür əməlindən və hətta düşünüb ağlından keçirdiklərindən belə hesab verəcəyini bildiyi üçün hər zaman xeyirə yönəlir. Münafiq isə hesab verəcəyindən şübhə içərisində olduğu üçün ağlını Allah rizası üçün istifadə etmir və ancaq fitnə-fəsad törətməklə məşğul olur. Daima qarışıqlıq yaratmaq və möminlərə sıxıntı vermək istəyir.
Fitnəkar xarakterləri ortaya çıxdıqda isə bunu yenə də inkar etməyə və Allahın elçisini öz zəif ağıllarına görə, aldatmağa çalışır, amma əlbəttə ki, buna nail ola bilmirlər. Çünki Allah onların söyləyəcəkləri sözləri də möminlərə əvvəlcədən bildirmişdir:
Onlardan: "Mənə izin ver, məni fitnəyə salma!" – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər... (Tövbə surəsi, 49)
Münafiqlər tamamilə fitnəkar xarakterə sahib olurlar. Mömin topluluğunun içərisində fitnə və qarışıqlıq yaratmaq üçün gizli və ya açıq fitnə çıxarmağa çalışırlar. Münafiqlər fitnə-fəsad ruhunu əvvəlcə öz içlərində yaşayır və daha sonra bu xarakterlərini əks etdirirlər. Ruhları yaxşılığa və gözəlliyə deyil, fitnəyə və nifaqa açıq olur.
Qurana baxdığımız zaman münafiqlərin tarix boyu hər dövrdə fitnə çıxartdıqlarını görürük. Əsas xüsusiyyətləri Quranda müxtəlif nümunələrlə izah edilir. Məsələn, "fitnəçi" xarakterə sahib insanlar hər zaman eyni metodlardan istifadə ediblər.
Quranda fitnəçi xarakterə sahib insanlara verilən nümunələrdən biri də hz. Musanın (əs) qövmündən münafiqlərin rəhbəri olan Samiridir. Hz. Musanın (əs) yoxluğunu fürsət bilən Samiri qövmün içərisində fitnə çıxartmış və bir çox insanın haqqdan dönməsinə səbəb olmuşdur.
© Copyright 2016